Kosova prezidenti Fatmir Sejiud, cümhurbaşqanı Abdulla Gülün dәvәtilә Ankaradadır.
Dünәn Kosova prezidentinin cümhurbaşqanı Gül tәrәfindәn Çankaya Köşkündә rәsmi qarşılanma mәrasimi keçirilib.
Gül, Fatmir Sejiud ilә tәşkil etdiyi birgә mәtbuat konfransında, Kosovanın Avropa Birliyi vә NATO-ya üzv olmasına dәstәk verәcәyini bildirib. Gül deyib ki, Türkiyә, Kosovanın yürütdüyü siyasәtә dә dәstәyini davam etdirәcәk. İnanırıq ki, Kosova beynәlxalq tәşkilatlarda güclü şәkildә öz yerini tutacaq.
Prezident Sejdiu isә, beynәlxalq ictimaiyyәt tәrәfindәn tanınmaq üçün Türkiyәnin önәminә diqqәt yönәldәrәk deyib, Kosovada yaşayan Türklәr vә Türkiyәdә yaşayan soydaşlarımız әmәkdaşlığımızın vә dostluğumuzun qızıl körpüsüdür.
Kosova prezidenti, dünәn Türkiyә Böyük Millәt mәclisinin sәdri Mehmet Әli Şahin vә baş nazir Rәcәb Tayyib Әrdoğan ilә dә tәkbә-tәk görüş keçirib.
Şahin ilә Sejdiu, Türkiyә ilә Kosova arasında çox güclü vә köklü әlaqәlәrin daha da inkişaf etdirilmәsindә hәmfikir olduqlarını dilә gәtiriblәr.
Kosova prezidenti daha sonra, Ankara Universiteti Cәnubşәrq Avropa Fәaliyyәtlәri Tәtbiq vә Araşdırma mәrkәzinin açılış mәrasiminә qatılıb vә çıxış edib.
Kosova prezidenti çıxışında Türkiyәyә tәşәkkürünü bildirib, Serbiyaya isә çağırış edәrәk deyib, Kosova vәtәndaşları vә qurumlarının iradәsini Serb hökumәti dә bir gün dәyәrlәndirәcәk. Günahkar olduqları faciә vә fәlakәtlәrdәn başqa, Belqradda bu mәsuliyyәti boynuna götürәcәk iradә olmalıdır. Belqrad, 2 mindәn artıq itkin düşәn Kosovalının vәziyyәtinә aydınlıq gәtirmәlidir,
Xarici işlәr naziri Әhmәd Davudoğlu da deyib ki, Türkiyә hәmişә Kosovanın, o cümlәdәn Balkan bölgәsinin yanında olmaqda davam edәcәk.
Trt