İran ölkə daxilində zənginləşdirilmiş uranı başqa bir ölkəyə göndərə bilər. SİA-nın məlumatına görə, bu barədə açıqlama verən prezident Mahmud Əhmədinejat İsrail və Britaniyadan başqa digər Qərb ölkələrinin də buna razı olduqlarını bildirib.
Onun sözlərinə görə, BMT-nin tələb etdiyi kimi indiyədək 3.5 faiz miqdarında zənginləşdirilmiş İran uranı 4-5 il içərisində 20 faiz zənginləşdirilmiş halda və sonradan gerə almaq şərtilə başqa bir ölkəyə göndərilə bilər: “Qərb dövlətləri əməkdaşlıq etmək istəyir və biz də normal qarşılayırıq. Bizim üçün problem yoxdur, buyurub gəlsinlər və nüvə stansiyası inşa etsinlər. 20 ədəd nüvə enerjisi stansiyası quraşdırsınlar. Rusiya, Fransa və ABŞ gəlib bu işləri görsün. Heç bir problem yoxdur”.
Qeyd edək ki, İran uranının göndərilmə ehtimalı olan iki ölkə Rusiya və Türkiyədir. Digər ölkələrə göndərilməsindən isə Tehran narahatlıq keçirir və sonradan geri qaytarılmama riskindən ehtiyat edir.
Musavat