Azərbaycanlı jurnalistlər İrana vizasız gedə bilməyəcəklər

2/1/2010


Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi söyləyib.



Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi söyləyib. ki dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı jurnalistlərin suallarını cavablandıran nazir müavini bildirib ki, bölgədə olan problemlər ancaq regional güclər tərəfindən həll oluna bilər: “Kənar güclər bu məsələdə yalnız öz maraqlarını güdürlər”.

Qeyd edək ki, H.Qaşqavi bu gün Bakıda İranın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak edib. Bu binada səfirliyin konsulluq, mədəniyyət və mətbuat şöbələri yerləşəcək. Nazir müavini bildirib ki, Azərbaycana səfərində məqsəd səfirliyin binasının açılış mərasimində iştirak etmək, Ayətullah Xomeyninin 31 il əvvəl Fransadan İrana qayıdışının ildönümü ilə bağlı tədbirə qatılmaqdır. İrana səfər edəcək Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı qərarın bu gündən qüvvəyə mindiyini deyən XİN rəsmisi Bakıda Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəyini də bildirib.

Nazir müavininin sözlərinə görə, viza rejiminin ləğvi barədə qərar İrana səfər edəcək Azərbaycan jurnalistlərinə şamil edilməyəcək: “Jurnalistlər üçün viza ləğv olunmur, onlar İrana getmək üçün viza almalıdırlar”.


.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007