|
ABŞ tərəfdaşlarını İrana qarşı birləşdirir |
 |
ABŞ-ın Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar beynəlxalq tərəfdaşları ilə münasibətlərini daha da yaxınlaşdırırlar.
|
| ABŞ-ın Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar beynəlxalq tərəfdaşları ilə münasibətlərini daha da yaxınlaşdırırlar. Əsas məqsəd onlar tərəfindən İrana qarşı yeni sanksiyaların yeridilməsinə dəstək almaqdır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Denis Makdono açıqlamasında bildirib ki, ABŞ administrasiyası yeni ildə Tehranla bağlı siyasətinə yenidən baxacaq və növbəti addımlar atdıqda öz tərəfdaşlarının fikrini nəzərə alacaq. ABŞ hökuməti iki variant üzərində dayanıb: birtərəfli sanksiyalar və BMT tərəfindən sanksiyalar. Dekabrın 28-də prezident Obama Tehranda zorakılığın artması haqda bildirib. Prezident İran xalqının qəhrəmanlığını yüksək qiymətləndirib.
|
.
Kaynak : Olaylar
|
|
|